İstambulda terror törədən dəstə həbs edilib.
İslam-Azeri-nin Türkiyə mətbuatına istinadlı xəbərinə görə İstambulun Güngörən bölgəsində 18 nəfərin qətlinə səbəb olmuş terror aktının üstü Türkiyə polisi tərəfindən açılıb.
Verilən məlumatlara görə PKK-ya işlədiklərini etiraf edən Hüseyn Türalı və 7 nəfər onun köməkçisi terror aktını necə həyata keçirdiklərini polisə açıqlayıblar.
Terrorçuların başçısı sayılan Türalı terror aktını mobil telefon ilə həyata keçirdiklərini və qıraqdan seyr etdiklərini də polisə etiraf edib.
|