Hadisə qurbanlarının sayının artacağı istisna deyil.
Bu gecə saat 3 radələrində Lənkəranda VAZ-2107 markalı maşının Nissan «Murano» markalı avtomobillə toqquşması nəticəsində 3 nəfərin ölüb, 2 nəfər xəsarət alıb. 2107-də olan Cəlilabad rayon Maşlıq kənd sakini 30 yaşlı Ülkər Mehdiyeva, Lənkəran rayon Aşağı Nüvədi kənd sakini 52 yaşlı Gülnaz Əliyeva və onun həyat yoldaşı 55 yaşlı Sərraf Əliyev hadisə yerindəcə keçinib. Vaz-2107-nin sürücüsü Mehdi Mehdiyev və 1998-ci il təvəllüdlü Nurlan Eldəniz Oğlu Mehdiyev müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilib. Həkimi Bəxtiyar Əhmədovun sözlərinə görə vaz VAZ2107-də olan 10 yaşlı Nurlan Mehdiyev, kəllə beyin travması alıb. Sürücü Mehdi Mehdiyevin isə təpə nahiyəsində yara və baldırda sınıqları var. Nissan «Murano» markalı maşının sürücüsü, Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Cəsarət Möhübbət oğlu Kərimov isə maşını o qədər sürətlə sürürmüş ki, VAZ 2107-lə toqquşduqdan sonra onun avtomobili yolun qırağındakı elektrik dirəkləri aşırdıb. Nəticədə Lənkəranın bir hissəsi bir neçə saat işıqsız qalıb. Hadisə şahidlərinin dediyinə görə, qəzaya səbəb Nissan «Murano»nun yüksək sürətlə hərəkət etməsi olub. Hazırda faktla bağlı araşdırmalar davam edir. /ANS PRESS/
|