Gürcüstan, İraqdakı sülhməramlılarını geri çağırır.
Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili CNN telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya Gürcüstana qarşı müharibəyə başlayıb və hazırda Gürcüstan ərazisində müharibə gedir. Bununla bağlı olaraq, rəsmi Tiflis, İraqdakı sülhməramlı briqadasını geri çağırır.
Qeyd edək ki, ötən yaydan İraqda 2000 gürcü sülhməramlı xidmət keçir. Onlar ildə iki dəfə əvəzlənir. Qabaqcadan bildirilmişdi ki, Gürcüstan hərbçiləri bu ilin sonunadək İraqda qalacaq. Gürcüstan, İraqdakı sülhməramlı əməliyyatlarda 2003-cü ilin avqustundan iştirak edir.
/ANS PRESS/
|