Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə noyabrın ikinci yarısında yola düşəcəklər
Həcc ziyarətinə avtobusla gedən zəvvarlar noyabrın 20-dən sonra, təyyarə ilə gedənlər isə dekabrın əvvəlində yola salınacaq
Azərbaycanlı zəvvarlar bu il Həcc ziyarətinə noyabrın ikinci yarısında yola düşəcəklər. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Həcc ziyarətinə avtobusla gedən zəvvarlar noyabrın 20-dən sonra, təyyarə ilə gedənlər isə dekabrın əvvəlində yola salınacaq. Hazırda Həcc ziyarətində iştirak arzusunda olan zəvvarların sənədləri qəbul edilir. Qeyd edək ki, bu il Həcc ziyarətində iştirak edən zəvvarlar bir sıra yeniliklərin şahidi olacaqlar. Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlı zəvvarların qalacaqları otellərin kirayələndiyini, avtobusla Həccə gedəcək zəvvarların rahatlığını təmin etmək üçün Türkiyədən avtobuslar gətirəcəyini bildirib.
|