Misirli alim Şeyx Yusif Qərdavinin şiələrə qarşı son aqressiv çıxışlarının səbəbləri məlum olub.
İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə şiələrə qarşı aqressiv fikirlərlə çıxış edən Misir Alimlər birliyinin üzvü və Əl-Əzhər universitetinin sabiq rektoru Şeyx Yusif Qərdavinin bu cür addım atmasının səbəblərini livanlı alim Şeyx Kurani açıqlayıb.
Onun fikrinə görə Qərdavinin oğlu bir az əvvəl şiəliyi qəbul etmiş və bu da sünni aləmdə böyük nüfuza sahib olan atasını çox narahat olmasına səbəb olmuşdu.
Diqqətinizə çatdıraq ki, Livanın Əl Bələd qəzeti də bu məlumatı ötən həftə dərc etmişdi.
Qüds məscidinin axundu Şeyx Mahir Hammud da şeyxin oğlunun şiə olmasını önə çəkmişdi.
Misirli alim Şeyx Yusif Qərdavinin oğlu Misirdə məşhur şairlərdən sayılır. Əbdürrəhman Qərdavi Misir prezidentinə qarşı şerləri ilə məşhurdur.
Onun həmçinin Hizbullah lideri Seyyid Həsən Nəsrullaha həsr etdiyi "Gələcəyin tarixini yazıram" adlı şer kitabı da məşhur əsərlərindəndir.
İslam-Azeri.az
|