Bu gün uşaqlarını qucaqlamaq kimi ən fundamental haqlarından da məhrum edilən yüzlərlə Fələstinli qadın və ana hələ də işğalçı İsrail qüvvələrin əlindədir.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "İsra"-ya istinadən xəbər verir ki, bu günlərdə sionist İsrail qüvvələrininin həbsxanarında məcburi əsir, məhkum həyatı yaşayan, təzyiqlərə, insan haqqlarının kobud pozulmasına, vəhşicəsinə münasibətə məruz qalan fələstinli əsir Qahirə əl Sədi Dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
SİONİST İSRAİL TƏRƏFİNDƏN HƏBS EDİLƏN BİR QADIN MƏHKUM
Bu gün uşaqlarını qucaqlamaq kimi ən fundamental haqqlarından da məhrum edilən yüzlərlə Fələstinli qadın və ana hələ də işğalçı güvvələrin əlində əsirdirlər. İsrailin "Telmond" həbsxanasında əsir saxlanılan Qahirə əl Sədi adlı fələstinli əsir qadın dünya müsəlmanlarına ünvanladığı müraciətində "bir gün uşaqlarını yenidən qucaqlamağı arzulayan bütün məhkum qadınların ağrılı, hüzn və hirslərini dindirmək üçün" hərəkətə keçməyə çağırıb.
Qahirə bütün dünyadakı qadınların vicdanına səslənərək işğal altında əziyyət çəkən, zəncirlənərək hücuma məruz qalan fələstinli qadınlara kömək etməklərini istəyib.
Qahirə əl Sədi "bu gün Fələstinli əsir qadınlar mövzusunda dünyada olan səssizlik işğalçı güvvələri daha da cəsarətləndirir, ey dünya müsəlmanları, Fələstinli qadınlara dəstək haradadır?" deyə soruşur.
Qahirənin Sionist İsrail ordusu tərəfindən oğurlanaraq ömürlük həbsə məhkum edilməsindən altı il keçir, əgər hüceyrəsinin divarları dilə gəlsəydi onun adından danışar və bütün dünyaya "bizlər yavaş-yayavaş öldüyümüz vaxtda bu sakitlik kifayət edər, hüceyrələr məzarlara, kiçik soyuq məzarlara oxşadığı vaxtda - qışın yaş, yazın nəmli və haşerelerle dolu məzarlara - kifayət edər bu səssizlik!" deyərlərdi. Dünyadakı müsəlmanların Fələstinli qadınların məruz qaldığı vəhşilikdən nə qədər xəbərləri olub-olmadıqlarını soruşan Qahirə "Aclığı seçmək məcburiyyətindəyik, çünki bizə verilən yemək çox pis və xəstəliyə gətirib çıxardır, xeyli çox məhkum xəstə və təcili tibbi və cərrahi müdaxiləyə ehtiyacları var, amma onlar tərəfindən görməməzlik və çoxlu cəzalara məruz qalırıq" deyib.
"Beynəlxalq qanunlar və tənzimləmələrdə qadınlardan və onların haqqlarından danışılır, amma işğalçılar hər şeyə meydan oxuyaraq bütün fələstinli qadınları cəzalandırır, ziyarətçilərimizi görməkdən məhrum edilirik, tibbi müalicədən məhrum qalırıq və çox uzun müddətə kamera həbsinə atılırıq, ən pis ədalətsizliklərdən biri də Fələstinli qadınların uşaqlarını qucaqlamalarına icazə verilməməsidir. Məni oğurlamaları 6 ildən çoxdur, dörd uşağımdan ayrı salınmışam, hər keçən gün daha da böyüyürlər, amma məni ziyarət etməyə gəldikdə onları qucaqlamağa icazə vermirlər, aramızda şüşə baryerlər olur və ziyarətin müddəti də 30 dəqiqəni keçmir" deyən Sədi sözlərini belə tamamlayıb: "Məndən gizlətmək istədikləri göz yaşlarını görürəm və ürəyimdən və bədənimdən keçən zəif səslərini eşidirəm, bu 100-dən çox məhkum qadının işgəncəsidir. Bütün dünya müsəlmanlarından və beynəlxalq ictimaiyyətdən uşaqları və ailələri arasında yaşayan hər bir qadından bizim əziyyətimizi xatırlamalarını və bir gün uşaqlarımızı bağrımıza basmağı və insan haqqları qaydalarının tətbiq olunmasını arzuladığımızı unutmamalarını istəyirik"
|