Ən son nəticələrə görə, İlham Əliyev seçicilərin 88,64 faizinin səsini qazanıb.
Oktyabrın 15-də keçirilən prezident seçkilərində artıq səslərin 96,82 faizi hesablanıb. Respublika üzrə 5359 seçki məntəqəsindən 5189-da əldə edilən nəticələr barədə artıq Dairə Seçki Komissiyalarına və Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat verilib. MSK-dan verilən məlumata görə, ən son nəticələrə görə, İlham Əliyev seçicilərin 88,64 faizinin səsini qazanıb. Bu isə 3139243 səs deməkdir. İqbal Ağazadə 2,87 faiz (101759 səs), Fazil Qəzənfəroğlu 2,50 faiz (88494 səs), Qüdrət Həsənquliyev 2,30 faiz (81452 səs), Qulamhüseyn Əlibəyli 2,25 faiz (79587 səs), Fuad Əliyea 0,78 faiz (27675 səs) və Hafiz Hacıyev 0,65 faiz (23155 səs) səs toplayıb.
|