ISLAM DUNYASI Çerşenbe axşamı, 03.12.2024, 20:59
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Oktyabr » 26 » İslamda Qadın.Qadına olan xüsusi diqqət.
    15:58
    İslamda Qadın.Qadına olan xüsusi diqqət.

    Həzrət Əmirəl-möminin Əli (ə) İmam Həsən Müctəbaya (ə) xitabən qadını belə vəsf edir:

    فَإِنَّ الْمَرْأَةَ رَيْحَانَةٌ وَ لَيْسَتْ بِقَهْرَمَانَة

    "Qadın qəhrəman yox, xoşətirli bir güldür" ("Nəhcül-bəlağə», 31-ci məktub).

    Əgər qadın bir gülə bənzədilirsə, deməli onun solmaması üçün ona daha çox

    qayğı göstərilməli və diqqət yetirilməlidir.

         İmam Sadiq (ə) isə belə buyurub:

    مَنِ اتَّخَذَ امْرَأَةً فَلْيُكْرِمْهَا فَإِنَّمَا امْرَأَةُ أَحَدِكُمْ لُعْبَةٌ فَمَنِ اتَّخَذَهَا فَلَا يُضَيِّعْهَ

    Yəni, evlənən kişi, qadınına (zövcəsinə) ehtiramla yanaşmalıdır. Çünki, qadınlarınız sizin oyun-oyuncağınızdır və onu (oyuncağı) əldə edən onu korlamamalıldır («Biharul-ənvar», 103-cü cild, 224-cü səh).
         Bu hədisdə işlədilmiş «lə’bətun» (yəni oyun-oyuncaq) sözü ötəri və sadəcə bir məşğuliyyət mahiyyəti daşıyan oyun-oyuncaq mənasında deyil.
         Çünki, ehtiram, Quran anlayışında təqva və pərhizkarlıqdan yaranan dəyərli və təqdirəlayiq bir məziyyətdir. Oyun-oyuncaq isə ehtiram və dəyərə layiq bir vasitə deyil.
         Deməli, hədisdəki «lə’bətun» sözünü oyun-oyuncaq kimi mənalandırmaq düzgün deyil. Bu hədisin də mənası, birinci hədis kimi olacaqdır. Yəni, qadın bir gül ləçəyi kimi zərif və incədir. Nəbadə bu incə ləçəyi korlayıb, məhv edəsiniz!
         İslamda ailənin, həmçinin məktəblərin sərpərəstlərinə tövsiyə olunur ki, qız uşaqlarına oğlan uşaqlarından daha çox qayğı göstərilsin. Çünki qız, oğlandan altı il tez ibadi məsuliyyətə cəlb olunur. Deməli, qadın kişidən daha tez Allahla razi-niyaz etmək qabiliyyətini əldə edir. Eləcə də qadında olan güclü duyğular və meyillər onun düz yoldan sapınması üçün əlverişli şərait yaratdıqda, ibadi məsuliyyət, bu meyilləri mötədilləşdirir və qadını qoruyur. İslam dinində qadına xüsusi əhəmiyyət verilir. «Mən la yəhzuruhul-fəqih» adlı dəyərli kitabın müəllifi mərhum İbn Babuvəyh Qummi (c.ə), bu kitabdakı «Namaz» fəslində «Namazda qadınlara xas qaydalar» başlığı altında namaz qılarkən qadınların qiyam halı, rükuya getmə, təşəhhüd oxuma tərzləri, həyalı bir şəkildə ayağa qalxmaq və s. bu kimi qaydaları sadalamışdır. O, bu fəslin sonunda İmam Sadiqdən (ə) bu hədisi nəql edir:


     

    فَإِذَا سَبَّحَتِ الْمَرْأَةُ عَقَدَتْ عَلَى الْأَنَامِلِ لِأَنَّهُنَّ مَسْئُولَاتٌ يَوْمَ الْقِيَامَةِ


         Yəni, qadın, barmaqları ilə zikrləri saysın, çünki barmaqlardan da sorğu-sual olunacaq («Mən la yəhzuruhul fəqih», 1-ci cild, 374-cü səh, 1089-cu hədis).
         İstər kişi, istərsə də qadın üçün zikrlərin sayını saymaqda ən yaxşı vasitə İmam Hüseynin (ə) türbətindən hazırlanan təsbehdir. Zikrləri barmaqları ilə saymaq qəbul olunsa da, lakin onun üçün belə bir tövsiyə qeydə alınmamışdır. Yalnız barmaqlarının sayaraq zikr etmək tövsiyə olunur və bu, Allahın qadına olan xüsusi lütfkarlığıdır. O, istəyir ki, bu yolla qadının barmaqları belə ibadət etsin və hər an bu barmaqları günahdan qorumağı düşünsün.
         Allah-Taala Qiyamət günü insanı eynilə dünyadakı bədənində məhşərə gətirəcək:


     

    بَلَى قَادِرِينَ عَلَى أَنْ نُسَوِّيَ بَنَانَهُ


         «Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik». («Qiyamət» surəsi, 4-cü ayə)
         Hətta əl və barmaqlar deyil, barmaqların izi belə Qiyamət günündə olduğu kimi düzəlib, şəhadət verəcəkdir.
         Əgər bu hədisdə zikrləri barmaqla sayıb zikr etmənin bir nümunə və misal ünvanında qeyd olunduğunu fərz etsək (çünki hədislərin məzmunu ümumi məna daşıyır), aşağıdakı nəticəni alarıq:
         Bu hədisə əsasən, Allah-Taala qadının bütün vücudu ilə Haqq-Taalaya bəndəlik etməsini istəyir. Bu səbəblə də O, qadını kişidən altı il tez Öz lütfünə şamil etmişdir. Sanki ibadət və bəndəlik, bir saraya bənzəyir ki, icarəsiz oraya daxil olmaq qadağandır və bu sarayın Sahibi qadına kişidən altı il tez ora daxil olmaq iznini vermişdir. Deməli, Allah-Taalanın qadına qarşı lütfkarlığı daha çoxdur.
         Nəticədə demək olar ki, əgər bu nümunələri qadının kişidən üstünlüyünü sübuta yetirmək üçün əsas götürmək istəməsək də, ən azı, dində qadına olan xüsusi diqqət aşkar olur. Bir şərtlə ki, qadın da öz mövqeyini dərk etməlidir.
         Qadının ibadi məsuliyyətə kişidən daha tez cəlb olunması onun naqisliyini yetirmir. Əksinə, qadın bir gül olduğu üçün bağbanın xüsusi qulluğu altında olmalıdır. Bağban isə Qurani-Kərim, məsumlar və Uca Tanrıdır:


     

    وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الأرْضِ نَبَاتًا


         «Və Allah sizi yerdən xas bir şəkildə cücərtdi (bitki kimi)». («Nuh» surəsi, 17-ci ayə)  O Bağban da, hansı gülə daha çox qulluq etməyi və qayğı göstərməyi daha yaxşı bilir.  Quran bu ayə ilə ümumi bir qanunu bəyan etmişdir: yaradılış aləmində bağban, Allahdır və bu qadın-kişi fidanlarını Allah yaradıb. O, bilir ki, bəzi fidanları solmaqdan və aludəçilikdən qorumaq üçün daha tez din örtüyü altına salmaq lazımdır. Bu isə o fidanların üstünlüyüdür.  Əgər qadın, kişidən daha tez Allahın hüzuruna dəvət olunduğunu nəzərə alsa, öz üstünlüyünü dərk edər və bilər ki, onun bu kainatda xüsusi yeri vardır.

    İslamda nümunəvi qadınlar 

    Qəm qəhrəmanı Xanım Zeynəbi- Kubra (ə)
    Xanım Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-i anadan olmuşdur.
    O, Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə)-nın qızıdır. Zeynəb adını ona babası Muhəmməd Peyğəmbər (s) vermişdir. (Bu adın mənası: «atasının zinəti» deməkdir).
    Xanımın tanınmış ləqəbləri bunlardır: Arifə, Muhəddisə və Alimə.
    Babasının İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən şərafətli xanım olması xanım Zeynəbi-Kubranın(s.ə) İslamın buyurduğu bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə imkan verirdi.
    Xanım Zeynəbin (s.ə) elm və ibadətindən söhbət edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (s.ə) Peyğəmbər elmindən bəhrələnən, Əli (ə), Fatimə (s.ə) ibadətinin hikmətindən qidalanan bir şəxsiyyətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, «Mən elmin şəhəri, Əli isə onun qapısıdır». Belə bir möhtəşəm elm şəhərində ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini öyrəndiyimiz Əhli-beyt (ə)-dan bu ibadətin hikmətini mənimsəmiş Xanım Zeynəbin (s.ə) elmi, biliyi, ruhi-mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı.
    Həzrət Zeynəbin (s.ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (s.ə), Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın özünə məxsus əzəmətinin şahidi oluruq.
    Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin (s.ə) bu dəhşətlərin qarşısında, tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət, mətanət və dözümlük simvoluna çevrildi. Aşura günü qardaşı İmam Huseynin (ə) mübarək cəsədini qolları üstə alıb: «İlahi, bu qurbanı bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından, məhəbbətindən xəbər vermirmi?
    Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları cürbəcür işgəncələrlə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi. Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra
    xütbə edərək belə buyurdu:


    «Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana…  Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı.

    Ağlayırsınız?! Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!... Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!...
    Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!»
    Bu xütbənin təsirindən sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli vardır.
    Bunlardan da artıq təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir ki, bu səs Bəni-üməyyənin (Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edirki əbədi rüsvay olub etibarlarını əldən verirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri də böyük rol oynamışdır.
    Allah xanım Zeynəb (s.ə) vasitəsilə insanlığa bir daha dirilik bəxş etdi. Yalnız güclü iman, təqva(günahdan qorunmaq), elm, şücaət sahibi belə bir ağır imtahandan üzü ağ çıxa bilərdi. Əlbəttə ancaq həqiqi gözəlliyi görən zillətə qarşı bu qədər müqavimət göstərərdi və təkcə qəmdən və zülmdən parçalanan sinədən kainatı xilas edən qılınc tək kəsərli bəyan zahir ola bilərdi. Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (s.ə) dedi:  «Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi onu nə günə qoydu?» Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir: «Mən gözəllikdən başqa bir şey görmədim!» Gərəsən gözəllik nədir? Al qanla bəzənmiş səhradır, yoxsa göz yaşlarıyla sulanmış kədər gülüstanı? Bəlkə həqiqi aşiqlərin Allah yolunda cəfasıdır? Həqiqətən Allah yolundakı haqqı dirçəltməkdən gözəl nə ola bilər? Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altında olan bir vaxtda gərəkdir ki, Azərbaycan xanımları da o əziz xanımlar kimi oğullarını, qardaşlarını qurban verməkdən çəkinməsinlər. Əlbəttə Xanım Zeynəbi (s.ə) özünə örnək götürən hər xanım heç vaxt zalimə baş əyməzlər (Yəni xarici istismarçıların təbliği nəticəsində milli mentalitetimizə zidd olan geyimlər, fikirlər, ideologiya və s.şeylərə abırlarını satmazlar). Beləliklə, nübuvvət (peyğəmbər) bağçasının bu ətirli çiçəyi zülm tufanının gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada bitən minlərlə yeni çiçək ləçəkləri tapdanmış, qəmdən bükülmüş, lakin həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun qarşısında azadlıq
    mücəssəməsi tək baş əyirlər. Qadınlar haqqında nəql olunan hədislər.
    Muhəmməd Peyğəmbər buyurur: « Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gücələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür». İmam Əli (ə) buyurur: «Qadının cihadı ərinə yaxşı baxmasıdır».
    İmam Sadiq (ə) buyurur: « Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir».
    Muhəmməd Peyğəmbər buyurur: «Əlbəttə, qadınların ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olanlar eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə canla başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır.»
    Fatimeyi-Zəhra (s.ə) qadınlara buyurur: « Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır».
    İmam Riza (ə) buyurur: «Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır:
    1). Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq.
    2). Xoşxasiyyət, mülayimlik və mehribançılıq.
    3). Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək.
    4). Ərini əsəbi və ya yorğun gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək.
    5). Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək.
    Sonra İmam buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq».

    HİCAB-QADININ DƏYƏRİ

    Heç kəs öz bağı ətrafına hasar çəkən bağbana irad tutmur. Çünki, hasarsız bir bağın zərərdən amanda qalmayacağı və bağ sahibinin ondan bir bəhrə götürməyəcəyi məlum məsələdir. Heç bir kəs də azad olmaq lazımdır・deyərək evinin divarını sökmür və və ya gecələr darvazanı açıq qoymur. Ona görə ki, bu oğurular üçün yaxşıca bir fürsət olar. Yaxud, heç bir xəzinə sahibi var-dövlətini göz önündə qoymur və onu etibarlı bir yerdə gizlətməmiş rahat olmur. Əks təqdirdə qiymətli əşyalardan əsər-əlamət qalmaz. Əşyanın qiyməti nə qədər çox olarsa, təhlükəsizliyi bir o qədər artıq təmin edilir.Bütün bu misalları çəkməkdə məqsədimiz var. Qadın... Allahın zərif, incə və qiymətli yaradılışı... O, üzlərinə mehribanlıq maskası atmış fürsət güdən heyvan sifətlilərin qəzəbli əllərində solmamalı, ismət gülü tapdalanaraq ayaq altına atılmamalı. Qadın... İsmət və paklıq evi... O, həvəs oyuncağına çevirilməməli. Ey dost, iffət və paklıq Gövhərinin qiyməti qızıl, pul, bağ məhsulu və ya ev əşyasından azdırmı?!   Ey dost, sən evinin qapısını bağlayıb pəncərəyə örtük salarkən evini yad insanlardan, yad nəzərlərdən qorumuş olursan, özünü zəncirləmiş, sıxıntıya salmış deyil! Belə deyilmi?!Sən təhlükələrdən qorunmaq və əziyyətlərdən amanda qalmaqçün özünü örtürsənsə, bunu heç kəsə aidiyyatı yoxdur. Həqiqət qarşısında yalnız məntiqsiz düşüncələr mövqe tutur.  "Gərək ürək təmiz olsun". Bu söz sadəcə təskinverici bir dərmana bənzəyir, insanı aldadır. Ruhun təmiz olması üçün ruhani aləmin qayda-qanunlarına itaət olunmalıdır.Qadın bəşərin gələcəyidir. Bir millətin gələcəyinə baxmaq istəyirsənsə, bax onun qadınlarının iffət və tərbiyəsinə. Qadin ticarət əşyası deyil! Özlərini şəhvət tacirlərinin bazarında, zəhərli, bulaşıq baxışlar önündə tamaşaya qoyan kəslər necə də sadəlövhdürlər!. Nazlanıb, cilvələnib özlərini şəhvani nəzərlər önündə tamaşaya qoyanlar necə ağır yatmışlar! Bunu bəşərin tərəqqi və sivilizasiyasımı adlandırırıq?! Olsa-olsa bunu yalnız heyvanizasiya・ adlandırmaq olar.Ey əziz, divarları dağıtmaq, pərdələri sökmək və pəncərələri açıq qoymaq, dar düşüncəlikdir, ziyalılıq yox. Bu cahiliyyət əlamətidir, sivilizasiya deyil!Qadının hicabına qarşı çıxanlar Allahın hikmət və məntiqinə qarşı çıxanlardır. Hikmətin qarşısında cəbhə tutanlar nadan və savadsızlardır. Bəziləri özlərini zəhmətə salaraq sübut etməyə çalışırlar ki, örtünmək Qurani-kərimdə yazılmayıb. Onlar ya özləri savadsızdırlar, ya da dindən xəbərsiz bir qrup insanı aldatmaq niyyətindədirlər. Hicabsızlıq sayəsində abır-həyasını itirərək rusvay olanların nəhayət bir gün peşmanlıqla əllərini qəflət başlarına vuranlar və öz cahilliklərinə lənət deyənlərin aqibətindən ibrət almaq bizə kifayətdir. Yoxsa bizimdəmi başımız daşa dəyməlidir! Bu gün insanlıq aləminin başı hər gün daşlara dəyir, amma artıq bu bo dın ağrısını hiss etmir, keyləşib...  Bir tikə çörəyə görə imanlarını satanlar, "gözəllik yusifi"ni bir neçə qəlp pula dəyişənlər, "iffət körpəsi"ni yüzlərlə ac qurdun qabağına atanlar bir gün peşmanlıq divarı arxasında ətəklərinə leysan kimi həsrət göz yaşları tökəcək və axirətdə də cəhənnəm atəşində yananlardan olacaqlar. Gərək ilk vaxtlar təmiz və şəffaf olan iffət libasının günah çirki ilə çirklənməsinə yol verilməsin. Gərək elə əvvəldən yad ayaqların nəciblik tarlasına girməsinə icazə verilməsin!. Yoxsa təzə açılmış ismət gülləri ayaq altında tapdalanandan və budaq sındırılandan sonra ağlamağın, nə faydası?!

    Cavad Mühəddisi

    Просмотров: 1319 | Добавил: azeri-islam
    Всего комментариев: 1
    27.10.2008
    1. Aysen (Aysen) [Material]
    smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 12
    Qonaqlar: 12
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz