Belçikada yaşayan Müsəlmanlar bir İslami partiya quraraq siyasətə qatılmağa hazırlaşır. Partiya qurucuları 2012-ci ildə keçiriləcək seçkilərə qatılmaq üçün indidən hazırlıq işləri görməyə başlayıblar.
Maraqlısı budur ki, siyasətə qatılmaq istəyənlər Belçikadakı gənc müsəlmanlardır ki, onların da əksəriyyəti məhz elə orda dünyaya gələnlərdir. Partiyanı, Belçikadakı yeni nəsil Müsəlmanları quracaq.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi Dünya Buluteninə istinadən xəbər verir ki, partiya proqramını Müsəlmanların bu ölkədəki problemlərinin aradan qaldırılması istiqamətində işləri əhatəsi etməsi də gözlənilir.
Belçikada da ölkə qanunları səbəbindən xüsusilə də hicablı xanımlarla bağı ciddi problemlər yaşanır. Belçikada yaşan Müsəlmanların ümumi qənaəti belədir ki, ölkə rəhbərliyinin siyasi partiya olmadan dini hüquqlar və haqlar sahəsində lazımlı addımları atmayacağdır.
Partiya sədrliyinə iki ən layiq namizəd kimi Seyyid Həbibi Mühəmməd və Əmir əl Kəbdani gösterilir.
www.birlik.az
|