Dörd ay bundan əvvəl açılmış məscidi ilk gündən 50 min nəfər ziyarət edib
Almaniyanın Duysburq şəhərində yeni tikilən məscidin populyarlığı müsəlman icması üçün gözlənilməz olub. Dörd ay bundan əvvəl açılmış məscidi ilk gündən 50 min nəfər ziyarət edib. 40 min nəfər isə məscidin tikintisinə baxmaq üçün gəlib. Bu barədə “Əl-Ərəbiyə” televiziyası məlumat verib. Məsciddə bələdçi işləyən Sabrina Forberq bildirib ki, insanların kütləvi axını onlar üçün də gözlənnilməz olub. Onun sözlərinə görə, məscidi istənilən şəxs ziyarət edə bilər. Allahın evini gəzmək üçün qonaqlara üç bələdçi yardım edir. Sabrina deyir ki, əvvəllər bəzi müsəlmanlar bələdçinin ənənəvi olaraq hicablı olmamasına təəccübləniblər. "Əvvəlcə mən düşünürdüm ki, məscidə hörmət əlaməti olaraq hicab taxmalıyam. Amma mən burda ibadət etmirəm, buna görə də hicablı olmağım məcburi deyil”, deyə Sabrina izah edir. Almaniyanın bir sıra şəhərlərindən insanlar Duysburqa məhz bu məscidi görməyə gəlirlər. Məscidün hündürlüyü 23 metr, minarələrin hündürlüyü isə 34 metrdir. Burda 1200 nəfərin ibadət etməsi üçün zal, dini məktəb və icma mərkəzi yerləşir. Məscidin tikilməsinə Türk-İslam İttifaqı təşəbbüs göstərib və tikinti işlərinə 7,5 mln avro sərf olunub./ANSPRESS/
|