Müasir dünyamızda dinlər, mədəniyyətlər, toplumlar arası dialoq ən aktual problemlərdən hesab edilməkdədir. Bu mövzuda dünyanın müxtəlif nöqtələrində çoxlu sayda konfranslar, seminarlar təşkil edilir, bir çox elmi əsərlər, məqalələr qələmə alınır. Dinlərin, mədəniyyətlərin biri-birlərinə qarşı dözümlülüyə bu qədər ehtiyac hiss etmələrinin bir çox səbəbləri vardır. Belə ki, müxtəlif xalqların və mədəniyyətlərin yaxınlaşması, heç şübhəsiz ki, günümüzün reallığıdır. Bu proseslərin fonunda, müxtəlif dinlərin və mədəniyyətlərin bir-biri ilə münasibətdə dialoq və tolerantlığa çağrıldığı bir zamanda birlik və bərabərliyə müsəlmanların daha çox ehtiyacı var. Axı müsəlmanlar arasında da obyektiv və subyektiv səbəblərdən ortaya çıxmış müxtəlif problemlər vardır ki, bunlar da əksər h
... Arxasını oxu »
Həzrət Məhəmməd peyğəmbərin (s) doğum həftəsi - VƏHDƏT HƏFTƏSİ münasibətilə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan müsəlmanları və müsəlman cərəyanları arasında birlik və həmrəyliyin təmin olunması, dini konfessiyaların bir araya gəlməsi üçün münbit şəraitin yaradılması, ölkə daxilində dini tolerantlıq səviyyəsinin maksimum həddə qaldırılması məqsədilə “Müsəlmanların Vəhdəti” Niyyət Protokolu hazırlanıb. Sənədin layihəsi ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı ictimai təşkilat və dini icmaların ictimai müzakirəsinə təqdim olunub. Martın 17-də “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin ofisində sözü gedən qurum rəhbərlərinin iştirakıyla “Müsəlmanların Vəhdəti” Niyyət Protokolu layihəsinin müzakirəsi keçirilib. Görüşü gi
... Arxasını oxu »