Bir gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbər Həzrətlərini rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata qoşulub namaz qılır. Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: "Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?" Həzrəti Mühəmməd Peyğəmbərimiz "Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlam peyda olub qanadı ilə kürəyimdən
... Arxasını oxu »