Bu günlərdə zəmanəmizin çox dəyərli İslam alimi və böyük əxlaq ustadı Ayətullahul- üzma Behçət cənablarının (Allah bərəkətli ömrünü uzun eləsin) çox nurani və oyadıcı bir buyuruşuna rast gəldim. Vaxtilə Müqəddəs Kərbəladan Müqəddəs Nəcəf şəhərinə getmələrindən və yolda Şah Abbas dönəminə aid karvansaralarının mövcudluğundan söz açır. Ondan sonra bu kimi karvansaraların digər ölkələrdə də mövcudluğunu vurgulayan, əməl və elmin vəhdətinin nümünəsinin təzahürü olan bu nəcib alim qeyd edir: “Görün xeyir əhli və inanclılar tərəfindən nə kimi tikililər inşa edilmiş və yadigar qalmışdır”. Amma bu xatırlamanı əslində böyük bir ibrətli söz üçün müqəddimə babından xatırladaraq, arifanə bir ibrətli dərsini bəşəriyyət üçün təqdim edir: "Lakin hal-hazırda imkanlılar bel
... Arxasını oxu »
Mübarək Novruz bayramı günlərini yaşayırıq. Onun dirilik təravəti hər yerdə duyulur. Və bu təravət, yenilik hissi hətta müşküllər içində bulunmaqdan qaxsamış qəlblərə də sirayət edir. Nə qədər çətin olsa da, hamı, müvəqqəti də olsa, problemləri unutmağa çalışır. Bir çox insan əlacsızlığın qapalı dövranını qırmaq arzusunda çırpınır. Deyirlər ki, insanın itirdiyi axırıncı şey - ümiddir. Novruz - həmin bu ümidi qəlbə salan dirilik mehidir.
Təbiətin oyanışı ilə ümidlər, amallar da dirçəlir. Küsülülər barışmaq üçün Novruzun gəlişini gözləyir. Uşaqlar böyüklərdən hədiyyələr gözləyir. Qohumlar «sileyi-rəhmi» - bir-birinə baş çəkməyi canlandırmaq üçün Novruzun gəlişini gözləyir.
Canlanma, ümidlərin baş qaldırılması əhvali-ruhiyyəsi hər bir şeyə hakim
... Arxasını oxu »
Ayətullah Seyyid Əli Sistani Səudiyyə kralı Məlik Əbdullah ilə misilsiz bir telefon danışıqında Mədinə şəhərində həbsə alınmış Əhli-beyt (ə) ardıcıllarının hamısının azadlıqını tələb edibdir.
Ayətullah Seyyid Əli Sistani tərəfindən belə bir təşəbbüs keçmişdə misilsiz olduğuna görə diqqət cəlb edib. İfratçı vəhhabilər keçən Səfər ayının 28-də böyük İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) rehlətinin ildönümü münasibətilə Bəqi qəbristanlığı yanında əzadarlıq edən müsəlmanlara hücum edərək iki nəfəri şəhid, onlarla Əhli-beyt (ə) ardıcıllarını isə həbs etmişlər. Bu hərəkət İslam dünyasında böyük etirazlara səbəb olandan sonra, Səudiyyə kralı Məlik
... Arxasını oxu »
Amerika alimləri ilk dəfə olaraq səsin dalğalarını işığa çevirə biliblər.
"Dünya Bülteni"-nin verdiyi xəbərə görə amerikalı elm adamarı dünyada yeni bir ixtiraya imza atıblar. Onlar elektrik cərəyanını səsə çevirən cihazı tərsinə işləməsini təmin edərək, bu səfər də səsi cərəyana çeviriblər. Neyçə fiziks (Natura Physics) jurnalında dərc olunan məqaləyə əsas Beynəlxalq Lourens Livermo laboratoriyasında kəşf edilən bu texnologiya transformatorlar vasitəsi ilə daha da güçləndirilib. Xatırladaq ki, cərəyanı səsə çevirən qurğu 1876-ci ildə kəşf edilib. Belə ki, 1876-cı ildə Aleksander Qraham Bell və Thomas Uatson adlı elektrik mühəndisləri bir göndərici və bir alıcıdan ibarət olan qurğu yaradıblar. G
... Arxasını oxu »
Belçika parlamentinin üzvü: "Azərbaycanın NATO-ya üzv olmasının tərəfdarıyam"
“Azərbaycanın NATO-ya daxil olaraq qurumun Parlament Assambleyasına tam hüquqlu üzv kimi qatılmasına tərəfdaram”. Bu açıqlamanı Belçika parlamentinin üzvü, Belçikanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Harmeqnies Yvon verib. H. Yvon deyib ki, Azərbaycanın NATO-ya qəbulunda əsas problem bu ölkə ərazisindəki münaqişədir: “Analoji vəziyyət Gürcüstanla da bağlıdır”. Belçika parlamentinin deputatının
... Arxasını oxu »
Somali balıqçıları martın 16-da Puntlend əyalətində İrana məxsus gəmini girov götürüblər.
Azeri-islam-ın“Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, gəmi Somali sularında qanunsuz balıq ovu ilə məşğul olduğuna görə tutulub. Digər məlumata görə, İran gəmisi yerli sakinlərin qurduğu balıqçı torunu zədələyib.
Dənizçilərin dəstəklənməsi ilə məşğul olan Şərqi Afrika təşkilatının nümayəndəsi bildirib ki, dənizçilər vurduqları ziyanı kompensasiya edəndən sonra gəmi buraxılacaq.
İranın “Press TV” kanalı isə gəmini qu
... Arxasını oxu »
Rusiya onun Avropa təbii qaz bazarında monopoliyasına son qoyacağı güman edilən “Nabucco” layihəsində iştirakdan imtina edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya nümayəndələri “bizim öz layihəmiz var, “Nabucco”ya qatılmayacağıq” cavabını verib.
“Qazprom” sədrinin müavini Aleksandr Medvedev “Vesti” telekanalına açıqlamasında onlara “Nabucco”ya qatılmaq təklifinin irəli sürüldüyünü etiraf edib və bu təklifi rədd etdiklərini vurğulayıb: “Bizim öz layihələrimiz var, “Nabucco”nun şəriklərinin isə öz layihələri var...» Aleksandr Medvedev həm Cənub Axını, həm də Şimal Axını layihələrini paralel olaraq inşa etdiklərini və Avropaya daha çox qaz verməyi h
... Arxasını oxu »
13 mart 2009-cu il tarixdə, “İslam mədəniyyətinin paytaxtı - 2009” olan Bakıda İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.
Cümə xütbələrinin birincisində xətib, o cümlədən, ilk öncə özünü, sonra isə bütün müsəlmanları ilahi təqvaya riayət etməyə dəvət edərək onun əhəmiyyətini bir daha vurğulamışdır. O, əslində təqva kəndirinin sığınacağının ilahi mənbəyə bağlandığını bildirərək bu haqda Əmirəlmöminindən (ə) belə bir hədisi nəql etdi: “Allahdan çəkinərək təqvalı olmaqdan möhkəm yapışın. Çünki təqvanın tutacağı möhkəm olan kəndiri ilə hündürlüyü göylərə ucalmış s
... Arxasını oxu »
Əli Kərimli: «YAP bu təsiri azaltmaq üçün absurd iddialar ortaya atır. Bir dəfə də beynəlxalq standarta uyğun seçki keçirməyən partiya çoxdan mənəvi haqqını itirib ki, başqa partiyaları seçkilərə müdaxiləyə görə qınasın»
Ölkədə keçirilən referndum davam edir. "Yeni Azərbaycan» təşviqat qrupu müxalifəti ittiham edib. Qrup açıqlamasında bildirilir: «Bəzi müxalifətyönümlü siyasi partiyaları təmsil edən müşahidəçilərin, eləcə də onların nəzarəti altında olan KİV nümayəndələrinin qanunvericilikdə nəzərdə tutulmayan, məntəqə seçki komissiyalarının iş mexanizmini, həmçinin səsvermə prosesini pozmağa
... Arxasını oxu »