Ayətullah Seyyid Əli Sistani Səudiyyə kralı Məlik Əbdullah ilə misilsiz bir telefon danışıqında Mədinə şəhərində həbsə alınmış Əhli-beyt (ə) ardıcıllarının hamısının azadlıqını tələb edibdir.
Ayətullah Seyyid Əli Sistani tərəfindən belə bir təşəbbüs keçmişdə misilsiz olduğuna görə diqqət cəlb edib. İfratçı vəhhabilər keçən Səfər ayının 28-də böyük İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) rehlətinin ildönümü münasibətilə Bəqi qəbristanlığı yanında əzadarlıq edən müsəlmanlara hücum edərək iki nəfəri şəhid, onlarla Əhli-beyt (ə) ardıcıllarını isə həbs etmişlər. Bu hərəkət İslam dünyasında böyük etirazlara səbəb olandan sonra, Səudiyyə kralı Məlik Əbdullah bir qədər sonra həbsə alınmış 38 Əhli-beyt (ə) ardıcılının azadlıqa buraxılmasına dair fərman vermişdi.(İRİB) www.deyerler.org
|