Adı şagirddən 8 Mart üçün pul almaqda hallanan Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbin müəllimi cəzalandırılıb. Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı ANS PRESS-ə bildirib ki, məktəbin müəlliməsi Gülnarə Hüseynovaya töhmət verilib. Z. Əliqızı bu cəzanın 8 Mart Beynəlxalq Qadınlar Günü ilə heç bir aidiyyəti olmadığını deyib: “İdarə tərəfindən ilkin araşdırma aparılır. Gülnarə Hüseynova şagirdlərə nəzarəti düzgün həyata keçirmədiyinə görə cəzalandırılıb. Həmin məktəbdə hazırda araşdırma davam etdirilir". Qeyd
... Arxasını oxu »
Bakı Təhsil İdarəsi isə hadisənin şagirdin dərsdən qaçmaq istəyərkən baş verdiyini iddia edir
Bakının Sabunçu rayonu ərazisində Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 9 "c" sinif şagirdi Mirsahib Əzimzadə sinif rəhbərinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ona pul verməməsi ilə bağlı tənbehlərinə dözməyərək özünü məktəbin 2-ci mərtəbəsindən aşağı atıb. Bu barədə ANS PRESS-ə şagirdin anası Ulviyyə Əzimova məlumat verib.
İranın xarici işlər naziri Manucöhr Mottakinin ANS TV-yə eksklüziv müsahibəsi
İranın xarici işlər naziri Manucöhr Mottakinin ANS TV-yə ekskluziv müsahibəsində bir sıra məqamlara aydınlıq gətirilib. Cənab Mottaki suallara həddindən artıq diplomatik cavab versə də, rəsmi Tehranın əhval-ruhiyyəsini öyrənmək mümkündür.
- Cənab nazir, İran-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında cox təbii və səmimi əlaqələr var. Bu əlaqələr siyasət sahəsində ən yüksək səviyyədədir və hər iki ölkənin mar
... Arxasını oxu »
Sənədlərin imzalanması mərasimində prezidentlər İlham Əliyev və Mahmud Əhmədinejad da iştirak edib
Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə sənədlərin imzalanma mərasimi olub. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni im
... Arxasını oxu »
Qapalı konfransda ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini qeyri-hərbi məhsullarla təminatı ilə məşğul olan mütəxəssislər toplaşıb
Amerika Birləşmiş Ştatlarının Avropadakı komandanlığı Əfqanıstandakı hərbi əməliyyatlara dəstək üçün Bakıda nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi üzrə qapalı konfrans keçirib. Toplantıya Türkiyə, Gürcüstan və Azərbaycandan olan nəqliyyat sahəsi üzrə aparıcı mütəxəssislər iştirak edib. Görüşdən sonra Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Terri Devidson jurnalistlər üçün brifinq keçirib. O deyib ki, Bakıda iki gün ərzində əsasən ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini qeyri hərbi məhsullarla təmin edən nümayəndələr göüşlə
... Arxasını oxu »
Bunu ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib
Bakıda Əfqanıstanda hərbi əməliyyatlara dəstək məqsədilə nəqliyyat dəhlizlərinin koordinasiyasına həsr olunmuş konfrans başa çatıb.
APA-nın məlumatına görə, konfransda ABŞ, Türkiyə, Gürcüstan və Azərbaycanın nümayəndələri iştirak ediblər. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson APA-ya açıqlamasında bildirib ki, konfransda Əfqanıstana yüklərin daşınması prosesinin asanlaşdırılması məsələsi müzakirə olunub: “Əfqanıstan ABŞ və NATO üçün prioritet bölgə sayılır. Biz Azərbaycanı Əfqanıstanda sülh və inkişafın bərqərar olmasında etibarlı tərəfdaş kimi görürük. Azərbaycan uzun illər Şərqlə Qərbi birləşdirən körpü rolu
... Arxasını oxu »
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 10-da İran İslam Respublikasına rəsmi səfərə gedib.
Lent.az-ın məlumatına görə, onu Heydər Əliyev adına Beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
İlham Əliyevi Tehranın “Mehrabad” hava limanında İranın xarici işlər naziri Mənuçöhr Möttəki və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Milli geyimli uşaqlar dövlət başçısına gül dəstəsi təqdim ediblər.
Rəsmi qarşılama mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə iki ölkə
... Arxasını oxu »