| Меню сайта |
|
 |
| Форма входа |
|
 |
| Поиск |
|
 |
|
 | |  |
| Главная » 2009 » Mart » 10 » Adı şagirddən pul almaqda hallanan 90 saylı məktəbin müəllimi cəzalandırılıb .
22:32 Adı şagirddən pul almaqda hallanan 90 saylı məktəbin müəllimi cəzalandırılıb . |
Gülnarə Hüseynovaya töhmət verilib
Adı şagirddən 8 Mart üçün pul almaqda hallanan Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbin müəllimi cəzalandırılıb. Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı ANS PRESS-ə bildirib ki, məktəbin müəlliməsi Gülnarə Hüseynovaya töhmət verilib. Z. Əliqızı bu cəzanın 8 Mart Beynəlxalq Qadınlar Günü ilə heç bir aidiyyəti olmadığını deyib: “İdarə tərəfindən ilkin araşdırma aparılır. Gülnarə Hüseynova şagirdlərə nəzarəti düzgün həyata keçirmədiyinə görə cəzalandırılıb. Həmin məktəbdə hazırda araşdırma davam etdirilir". Qeyd edək ki, həmin məktəbin 9 “C” sinif şagirdi Mirsahib Əzimzadə martın 7-də özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Nəticədə onun qolu sınıb və kəllə-beyin travması alıb. Şagirdin valideynləri övladlarının hərəkətini məktəbin sinif rəhbəri G. Hüseynovanın onu 8 Martla bağlı pul verməməsi ilə bağlı tənbehinə görə etdiyini deyir. Bakı Təhsil İdarəsi isə M. Əzimzadənin dərsdən yayınmaq məqsədilə tullanması nəticəsində xəsarət aldığını iddia edir. /ANS PRESS/
|
|
Просмотров: 865 |
Добавил: azeri-islam
|
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
| |
 | |  |
|
| Календарь |
|
 |
| Архив записей |
|
 |
| Наш опрос |
|
 |
| Мини-чат |
|
|
 |
| Статистика |
Bütün onlayn olanlar: 1 Qonaqlar: 1 İstifadeçiler: 0 |
 |
|