Qapalı konfransda ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini qeyri-hərbi məhsullarla təminatı ilə məşğul olan mütəxəssislər toplaşıb
Amerika Birləşmiş Ştatlarının Avropadakı komandanlığı Əfqanıstandakı hərbi əməliyyatlara dəstək üçün Bakıda nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi üzrə qapalı konfrans keçirib. Toplantıya Türkiyə, Gürcüstan və Azərbaycandan olan nəqliyyat sahəsi üzrə aparıcı mütəxəssislər iştirak edib. Görüşdən sonra Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Terri Devidson jurnalistlər üçün brifinq keçirib. O deyib ki, Bakıda iki gün ərzində əsasən ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini qeyri hərbi məhsullarla təmin edən nümayəndələr göüşlər keçiriblər: «Bilirsiniz ki, Əfqanıstan ABŞ üçün də, NATO üçün də həmişə prioritet olub. Biz Azərbaycanı Əfqanıstanda sülhün qorunmasında həmişə tərəfdaş hesab etmişik. Hökumətimiz Əfqanstandakı hərbçiləri təmin etmək üçün təbii yollar axtarır. Əldə etdiyimiz məlumatlara görə, bu görüşlərdə müsbət nəticələr əldə olunub. Artıq bəzi malların alınaraq ABŞ hərbçiləri üçün daşınması ilə bağlı razılıq əldə olunub. Pakistan vasitəsi ilə daşınmada müəyyən problemlər çıxdığı üçün yeni yollar axtarırıq». Terri Devidson deyib ki, Manas hərbi bazası hələ tam bağlanmayıb və Ağ Ev Qırğızıstan hökuməti ilə bu bazadan hələlik istifadə ilə bağlı danışıqlar aparır: «Bilirsiniz ki, Əfqanıstandakı əməliyyatlar üçün bu baza çox yardımçı rol oynayırdı. Biz Azərbaycanda hərbi olmayan məsələləri müzakirə etdik. Burada qida və gündəlik təlabat mallarınından söhbət gedir». /ANS PRESS/
|