Somali balıqçıları martın 16-da Puntlend əyalətində İrana məxsus gəmini girov götürüblər.
Azeri-islam-ın“Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, gəmi Somali sularında qanunsuz balıq ovu ilə məşğul olduğuna görə tutulub. Digər məlumata görə, İran gəmisi yerli sakinlərin qurduğu balıqçı torunu zədələyib.
Dənizçilərin dəstəklənməsi ilə məşğul olan Şərqi Afrika təşkilatının nümayəndəsi bildirib ki, dənizçilər vurduqları ziyanı kompensasiya edəndən sonra gəmi buraxılacaq.
İranın “Press TV” kanalı isə gəmini quldurların tutduğunu bəyan edib. Hələlik İran Xarici İşlər Nazirliyi rəsmi açıqlama ilə çıxış etməyib.
|