Rusiya onun Avropa təbii qaz bazarında monopoliyasına son qoyacağı güman edilən “Nabucco” layihəsində iştirakdan imtina edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya nümayəndələri “bizim öz layihəmiz var, “Nabucco”ya qatılmayacağıq” cavabını verib.
“Qazprom” sədrinin müavini Aleksandr Medvedev “Vesti” telekanalına açıqlamasında onlara “Nabucco”ya qatılmaq təklifinin irəli sürüldüyünü etiraf edib və bu təklifi rədd etdiklərini vurğulayıb: “Bizim öz layihələrimiz var, “Nabucco”nun şəriklərinin isə öz layihələri var...» Aleksandr Medvedev həm Cənub Axını, həm də Şimal Axını layihələrini paralel olaraq inşa etdiklərini və Avropaya daha çox qaz verməyi hədəFə götürdüklərini bildirib.