Главная » 2009»Mart»19 » "AZERBAYCANIN NATO-YA ÜZV OLMASININ TEREFDARIYAM"
14:33
"AZERBAYCANIN NATO-YA ÜZV OLMASININ TEREFDARIYAM"
Belçika parlamentinin üzvü: "Azərbaycanın NATO-ya üzv olmasının tərəfdarıyam"
“Azərbaycanın NATO-ya daxil olaraq qurumun Parlament Assambleyasına tam hüquqlu üzv kimi qatılmasına tərəfdaram”. Bu açıqlamanı Belçika parlamentinin üzvü, Belçikanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Harmeqnies Yvon verib. H. Yvon deyib ki, Azərbaycanın NATO-ya qəbulunda əsas problem bu ölkə ərazisindəki münaqişədir: “Analoji vəziyyət Gürcüstanla da bağlıdır”. Belçika parlamentinin deputatının sözlərinə görə, postsovet ölkələrinin NATO-ya inteqrasiyasında qarşıya çıxan əsas problem lazımi mərhələlərin keçilməsidir: “NATO-ya üzv olmaq çətin prosesdir. Bunun üçün zəruri olan mərhələlərdən keçmək lazımdır. Postsovet ölkələrinin bu mərhələni tez bir zamanda keçməsi çox çətindir. Ancaq mən Azərbaycanın NATO-ya üzv olmasının tərəfdarıyam”.