ISLAM DUNYASI Cüme axşamı, 28.03.2024, 19:08
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 19 » HACI İLQAR:"VEHDET ÖZ-ÖZÜNE BAŞ VEREN İŞ DEYİL"
    13:19
    HACI İLQAR:"VEHDET ÖZ-ÖZÜNE BAŞ VEREN İŞ DEYİL"
    13 mart 2009-cu il tarixdə, “İslam mədəniyyətinin paytaxtı - 2009” olan Bakıda İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.

    Cümə xütbələrinin birincisində xətib, o cümlədən, ilk öncə özünü, sonra isə bütün müsəlmanları ilahi təqvaya riayət etməyə dəvət edərək onun əhəmiyyətini bir daha vurğulamışdır. O, əslində təqva kəndirinin sığınacağının ilahi mənbəyə bağlandığını bildirərək bu haqda Əmirəlmöminindən (ə) belə bir hədisi nəql etdi: “Allahdan çəkinərək təqvalı olmaqdan möhkəm yapışın. Çünki təqvanın tutacağı möhkəm olan kəndiri ilə hündürlüyü göylərə ucalmış sığınacağı vardır”.

    “Məhz təqva o vasitədir ki, tutacağı möhkəmdir və bizi ən aliyə, ən ucalığa aparıb çıxara bilər. Bu kəndirlə təqvaya sahib çıxıb ilahi məqamlara ucalaq”, deyə xətib hədisin şərhini bu fikirlərlə tamamlamışdır.

    Cümə xütbəsinin ikinci hissəsində xətib, o cümlədən, özünü və bütün müsəlmanları ilahi təqvaya riayət etməyə çağırdı. “Əgər təqvaya riayət etməsək, çatdığımız bütün nailiyyətlərin içi, mahiyyəti boş və puçdur”, - deyən Hacı İlqar daha sonra böyük bir nemət olan “Vəhdət” həftəsi ərəfəsində olduğumuzu xatırlatdı. Bu neməti nə qədər dərk etdiyimizə və onun şükrünü necə yerinə yetirdiyimizə diqqət çəkən xətib, vəhdət fenomeninin Quranda gəldiyinə işarə etdi. Bu haqda ayəni xatırladan xətib, vəhdətin Allahın təqva ipi ətrafında birləşməkdən ibarət olduğunu deyərək, vəhdətin yalnız ilahi dəyərlər, Allah bəyənən rənglər ilə Allah dəyərləri ətrafında ola biləcəyini bildirdi. Bu mövzuda 3 nöqtəni vurğulayan xətib onlardan ilkinin vəhdətin ilahi vəzifə olmasını, digərinin isə bu əməlin meyarının ilahi olduğunu, sonuncu çaların isə vəhdətin bir iradi məsələ olduğunu mömin və möminələrin nəzərlərinə çatdırdı.

    “Bu öz-özünə baş verən iş deyil. Biz özümüz iradə etməliyik ki, ilahi rənglər, ilahi dəyərlər uğrunda vəhdətə gələk. Şeytan (lən.) çalışdığı da budur ki, insanlar pərakəndə düşsünlər və belə halda şeytan (lən.) öz işini daha asanlıqla görə bilir. Hicab probleminin ortalığa atılması da şeytanın (lən.) istədiyi məsələlərdən biridir ki, müsəlman qızlar təhsildən, elmdən ayrı düşsünlər, kənarda qalsınlar. Buna görə də məhz xanımların elmli, təhsilli olmalarına daha da çox diqqət etmək lazımdır”, - deyə xətib bildirmişdir.

    Dünya və ümmət əhəmiyyətli məsələlərdən bir digərinə toxunan Hacı İlqar dövrümüzün qəhrəmanı, Əl-Bağdadiyyə tele-kanalının müxbiri Müntəzir Əl-Zeydinin 3 il həbs cəzasına məhkum edilməsi xəbərini bölüşərək, bunu işğalçıların acizliyi kimi dəyərləndirmişdir. Belə ki, xətib bildirmişdir ki, dəyməyən bir ayaqqabıya görə 3 il düşürsə, o zaman Əfqanıstanda, İraqda və Fələstində minlərlə körpələrin qatillərinə nə qədər iş düşməlidir? Sonda xətib bu kimi hadisələrdə Allahdan müsəlmanlara bir özünüdərk əta etməsini dua edərək xütbələri tamamlamışdır.

    Bununla da xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
    Просмотров: 1146 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz