ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 14:44
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 19 » YAP MÜXALİFETİ, MÜXALİFET İSE YAP-I İTTİHAM EDİR
    13:15
    YAP MÜXALİFETİ, MÜXALİFET İSE YAP-I İTTİHAM EDİR
    Əli Kərimli: «YAP bu təsiri azaltmaq üçün absurd iddialar ortaya atır. Bir dəfə də beynəlxalq standarta uyğun seçki keçirməyən partiya çoxdan mənəvi haqqını itirib ki, başqa partiyaları seçkilərə müdaxiləyə görə qınasın»
     
    Ölkədə keçirilən referndum davam edir. "Yeni Azərbaycan» təşviqat qrupu müxalifəti ittiham edib.
    Qrup açıqlamasında bildirilir: «Bəzi müxalifətyönümlü siyasi partiyaları təmsil edən müşahidəçilərin, eləcə də onların nəzarəti altında olan KİV nümayəndələrinin qanunvericilikdə nəzərdə tutulmayan, məntəqə seçki komissiyalarının iş mexanizmini, həmçinin səsvermə prosesini pozmağa yönəlmiş fəaliyyətləri müşahidəçilərimiz tərəfindən qeydə alınıb».

    Açıqlamada o da deyilir ki, 43 saylı Sumqayıt şəhər Dairə Seçki Komissiyasının üzvü, «Ümid» partiyasının Sumqayıt şəhər təşkilatının sədri Rzayev Elşad Salman oğlu 30 saylı məntəqəyə gələrək, məntəqə seçki komissiyasının fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər etmiş, anti-təbliğatla məşğul olmuş, səsverməyə gələn seçiciləri təhqir etməkdən çəkinməmişdir.

    «Respublikaçılar» referendum üzrə təşviqat qrupunun müşahidəçisi, Müsavat partiyasının üzvü Hacıbəyli Cavid İbrahim oğlu 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı məntəqəsində seçiciləri təhqir edib.
    AXCP sədri Əli Kərimli YAP-ın iddialarını absurd hesab edir.
    AXCP sədri Əli Kərimli deyir ki, qanunu pozan müxalifətdən olan müşahidəçilər yox, hakim partiyanın üzvləridir: «Səhər tezdən bizim müşahidəçilər məlumat verirlər ki, əksər səsvermə məntəqələrinə yüzbaşılar, minbaşılar əvvəlcədən hazırlanmış siyahı üzrə seçiciləri avtobusla daşıyırlar. Karusel üsuluna uyğun olaraq sonra da həmin adamlar başqa məntəqələrə aparılır. Bu zaman həmin adamların məntəqədə seçici olub-olmadığını yoxlamağa imkan verilmir. Bizim yerlərdəki müşahidəçilərimiz isə dəstəylə gətirilənlərin şəxsiyyətini müəyyən etməyə, karusel yoluyla səsverməsinə mane olmağa çalışırlar. Və ya təkid edirlər ki, komissiya üzvləri baş verənlərin qarşısını alsınlar. Bütün bunlar da Yeni Azərbaycan Partiyasının saxtakarlıq mexanizminə xələl gətirir. YAP onu müxalifətdən tələb edir ki, onların saxtakarlığını görməyək».

    Əli Kərimlinin sözlərinə görə, onların suçu odur ki, müşahidəçiləri saxtakarlıqları görür, sənədləşdirir, azsaylı beynəlxalq müşahidəçilərə, xarici mətbuata verir.

    «YAP bu təsiri azaltmaq üçün absurd iddialar ortaya atır. Bir dəfə də beynəlxalq standarta uyğun seçki keçirməyən partiya çoxdan mənəvi haqqını itirib ki, başqa partiyaları seçkilərə müdaxiləyə görə qınasın». // Azadlıq Radiosu
    Просмотров: 1072 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 3
    Qonaqlar: 3
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz