ISLAM DUNYASI Cüme, 26.04.2024, 18:27
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 18 » “Müselmanların Vehdeti” Niyyet Protokolunun müzakiresi keçirildi
    18:49
    “Müselmanların Vehdeti” Niyyet Protokolunun müzakiresi keçirildi
    Həzrət Məhəmməd peyğəmbərin (s) doğum həftəsi - VƏHDƏT HƏFTƏSİ münasibətilə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan müsəlmanları və müsəlman cərəyanları arasında birlik və həmrəyliyin təmin olunması, dini konfessiyaların bir araya gəlməsi üçün münbit şəraitin yaradılması, ölkə daxilində dini tolerantlıq səviyyəsinin maksimum həddə qaldırılması məqsədilə “Müsəlmanların Vəhdəti” Niyyət Protokolu hazırlanıb. Sənədin layihəsi ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı ictimai təşkilat və dini icmaların ictimai müzakirəsinə təqdim olunub.
        Martın 17-də “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin ofisində sözü gedən qurum rəhbərlərinin iştirakıyla “Müsəlmanların Vəhdəti” Niyyət Protokolu layihəsinin müzakirəsi keçirilib.
        Görüşü giriş sözü ilə açan “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Elşən Mustafaoğlu müzakirələrə qatılan qonaqları salamlayaraq müsəlmanların birliyinə xidmət edən bu prosesə qoşulduqlarına görə tədbirdə iştirak edən təşkilat və icma rəhbərlərinə təşəkkürünü bildirdi. O, bunları qeyd etdi: “Bu gün müsəlmanlar arasında vəhdətin olması günümüzün vazkeçilməz reallığıdır. Birlik və vəhdət, hansı cərəyana, hansı məzhəbə mənsub olmasından asılı olmayaraq, müsəlmanların bir-birinə qarşılıqlı hörmət və etimad bəsləməsi ilahi bir vəzifədir. Məzhəblər arasında mövcud olan fikir ayrılıqlarından dinimizin və millətimizin düşmənləri sui-istifadə edərək, əsrlər boyu ümməti parça-parça edib, öz məkrli niyyətlərini həyata keçiriblər. Birləşmək, qardaşlıq və vəhdət halında yaşamağın vaxtı çoxdan yetişib. Bunu həm də milli maraqlarımız tələb edir. Din – birləşdirici amildir. Bu gün biz bir araya gəlmişik ki, vəhdətiməzə mane olan problemləri müzakirə edib, konkret addımlar ataq”.
        Sonra söz layihənin müzakirəsi üçün digər qurumların təmsilçilərinə verildi. “Aydınlığa Doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli vəhdət məsələsinin özünün və təmsil etdiyi təşkilatın ən ağrılı problemlərindən olduğunu qeyd etdi. Tele-radioda çalışdığı müddətcə bu problemin həllinə çalışdığını vurğulayan natiq belə layihəni çox yüksək dəyərləndirdiyini və bu tip layihələri daim dəstəkləyəcəyini bildirdi.
        Sonra DEVAMM-ın sədri, İçərişəhər “Cümə” məscidinin imam-cüməsi Hacı İlqar İbrahimoğlu da öz növbəsində bu mövzuda olan layihə və dialoqların dəstəkçisi olduğunu bildirdi. “Sənəddə müsəlmanların vəhdətinə xələl gətirəcək hər hansısa məsələlərdən də çəkinməyi öhdəlik kimi götürməliyik” deyən natiq bu günkü formatda gürüşlərin növbəli qaydada mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğuladı. O, sənədlə bağlı öz əlavə və təkliflərini də qeyd etdi. Hacı İlqar İbrahimoğlu bildirdi ki, müsəlmanlar arasında birliyimizin göstəricisi olan dəyərlərimiz vəhdətdə olmağımızın təminatçısıdır. Bu baxımdan, məzhəbindən asılı olmayaraq, bu dəyərlərə sahib çıxan bütün müsəlmanlar birlik nümayiş etdirməli, sənədə imza artıqda da “biz” olaraq bu dəyərlər öz ifadəsini tapmalıdır.
        “Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli layihə ilə bağlı fikirlərinin yüksək olduğunu bildirərək “Mən də öz növbəsində layihədə göstərilən bəndlərlə tam razıyam və digər məsələlərlə bağlı təklifləri növbəti görüşlərdə layihədə əks olunması üçün təqdim edəcəyəm. Bu gün Azərbaycanda vəhdətin əldə edilməsi üçün çox münbit şərait vardır. Beləki, digər ölkələrdən fərqli olaraq, ölkəmizdə ciddi məzhəblərarası insident qeydə alınmayıb və bu fakt bizim daha rahat dialoq quracağımıza şərait yaradır.” O da layihəni tam dəstəklədiyini və bu prosesin uğurla davam etdiriləcəyinə ümid bəslədiyini vurğuladı.
        “Fitrət” jurnalının baş redaktoru Vüqar Vəliyev “Müsəlmanların Vəhdəti” Niyyət Protokolunu alqışladıqlarını və bu məsələni rəhbərlik etdiyi jurnalda daim yer ayırdıqlarını söylədi. “Belə təşəbbüsdə bulunduqları üçün “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinə təşəkkür edirik və bu müqəddəs işdə hər kəsə uğur arzulayırıq” deyən natiq, böyük məmnuniyyətlə bu layihəyə qoşulduqlarını söylədi.
        Sonra www.islam.com.az saytının təsiscisi, ilahiyyatçı Elşad Miri bu təşəbbüsə dəstək verdiklərini və birlik naminə mübahisə doğuracaq məsələlərdən maksimum dərəcədə uzaq olmanın zəruriliyini vurğuladı. Natiq həmçinin rəhbəri olduğu saytda digər məzhəblərin təmsilçilərinin yazılarını dərc etdirməyə hazır olduğunu və bu layihənin gerçəkləşməsində əlindən gələni əsirgəməyəcəyini söylədi.
        Daha sonra www.azeri-islam.net saytının təsiscisi Vüqar Musəvi, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar Yusifoğlu və “Xanım Zəhra” (ə) məscidi dini icmasının rəhbəri Hacı Ramiz Tahirov da öz növbəsində çıxış edərək rəhbəri olduqları qurum adından bu layihəyə dəstək verdiklərini qeyd etdilər.
        Qeyd edək ki, Dini Araşdırmalar Mərkəzi, “Gəncliyə Yardım Fondu”, “Müasir İnkişaf” İctimai Birliyi, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi və bir sıra digər ictimai təşkilatlar da “Müsəlmanların Vəhdəti” Niyyət Protokolunu dəsdəklədiklərini, sənəddə nəzərdə tutulan bəndlərlə həmfikir olduqlarını bildiriblər.
    Просмотров: 899 | Добавил: azeri-islam
    Всего комментариев: 1
    19.03.2009
    1. Zehra (Fatimeyi-Zehra) [Material]
    ALLAH RAZI OLSUN.... gozel ve olduqca ehemiyyetli isdir... ALLAHE yar ve yardimciniz olsun amin INSAALLAH

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz