ABŞ Konqresinin üzvü: “Türkiyə - Ermənistan sərhədləri açılmaq üzrədir”
Son günlərin ən aktual mövzusu olan Türkiyə - Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbəri ABŞ Konqresinin üzvü, Konqresdə Türkiyə-ABŞ dostluq qrupunun həmsədri Robert Wexler də təsdiqləyib.
SİA-nın məlumatına görə, ötən həftə Ankaraya səfər edən R.Wexler bildirib ki, Türkiyə - Ermənistan əlaqələrinin normallaşması üçün tarixi bir fürsət yaranıb. “Mən ötən həftə Ankarada keçirdiyim görüşlərdən belə qənaətə gəldim ki, iki ölkə arasında yaxınlaşma var və yaxın zamanda sərhədlər açıla bilər”, - deyə o, vurğuıayıb.
|