İşğalçıdan bundan artıq nə gözləmək olardı?!
Ötən il 24 milyon dollar olan yardımın həcmi bu il 48 milyon dollara qaldırılıb.
ABŞ prezidenti Barak Obama 2009-cu ildə hərbi sektorun inkişafına dəstək məqsədilə qanun layihəsini imzalayıb.
Amerikadakı Ermənistan Milli Komitəsinin (AEMK) Ermənistan saytlarına verdiyi məlumata görə, bu il işğalçı ölkəyə ayrılan yardımın həcmi 48 milyon dollar olacaq. Bako Saakyanın separatçı rejiminin rəhbərlik etdiyi qondarma “DQR”ə isə 8 milyon dollar yardım ayrılıb.
Qurumun icraçı direktoru Aram Hamparian Ermənistanı dəstəkləyən lobbiçilərə təşəkkür edib. O, xatırladıb ki, Buş administrasiyası zamanı Ermənistana hərbi məqsədlə ayrılan yardımın məbləği 24 milyon dollar olub: “Bu dəfə isə yardımın həcmi iki dəfə artırılıb. İnanırıq ki, Konqresdəki dostlarımızla işləyən Ağ Ev administrasiyası növbəti il Ermənistanın cari ehtiyaclarını və regionda qarşılaşdığı problemləri nəzərə alaraq bu məbləğin miqdarını bir daha nəzərdən keçirəcək”. /Yeni Müsavat/
|