Həddindən artıq karbohidrat və kolalı içkilər, uşaqlarda sümük əriməsinə səbəb olur.
Daha çox yeniyetmə xəstəliyi kimi tanınan sümük əriməsi, uşaqlar üçün də realdır.
Hər beş uşaqdan birində rast gəlinən bu xəstəlik, həddindən artıq karbohidrat və kola içdikdə əmələ gəlir. Həddindən artıq kola və karbohidrat qəbul etmək kalsiyumun əmilməsinin qarşısını 70% azaldır.
Sümüyün formalaşması üçün lazımi qədər kalsiyum və D-vitamini qəbul etməsi üçün böyüməkdə olan uşağın evdə olduğu qədər, bağçada və ya məktəbdə sağlam ərzaqlarla qidalanması vacibdir.
Sümük əriməsinin qarşısını almaq üçün düzgün qidalanmaqla yanaşı, D vitaminin əmələ gəlməsi üçün günəş vannası da qəbul etmək vacibdir.
İdmanla məşğul olmaq da sümük əriməsinin qarşısını alır. Mütəxəssislər uşaqları hərəkətsiz həyat tərzindən uzaqlaşdırmağı məsləhət görür.
|