Меню сайта |
|
 |
Форма входа |
|
 |
Поиск |
|
 |
|
 | |  |
| Главная » 2009 » Mart » 26 » Moskvada 4 azerbaycanlı qadın girov götürülüb.
14:19 Moskvada 4 azerbaycanlı qadın girov götürülüb. |
Cinayəti həyata keçirən həmyerlimiz onların buraxılması müqabilində 150 min dollar tələb edirmiş
 Moskva milisi 4 qadını girov götürən azərbaycanlını həbs edib. Lent.az-ın “Siti-FM” radiostansiyasına istinadən verdiyi məlumata görə, cinayətkar qadınların buraxılması müqabilində 150 min dollar tələb edirmiş.
Artıq girov qadınlar azad ediliblər, Azərbaycan vətəndaşı barəsində isə cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, cinayətdə iştirak etdiyi güman edilən digər şəxslər axtarılır. Həbs edilən azərbaycanlıdan “TT” markalı tapança və 7 güllə götürülüb.
İlkin məlumata görə, Azərbaycan vətəndaşı və onun yoldaşı martın 21-də tapança ilə hədələyərək 4 qadını girov götürüblər. Qadınların dördü də Azərbaycan vətəndaşlarıdır. Onları Nijeqorod küçəsindəki 82 nömrəli evdə saxlayırmışlar. Daha sonra cinayətkar qadınları avtomobilinə otuzduraraq Moskva vilayətinin Elektrostal şəhərinə aparıb. Orada qadınları 4 gün kirayələdiyi evdə saxlayan cinayətkar onların buraxılması müqabilində 150 min dollar tələb edirmiş.
|
Просмотров: 2789 |
Добавил: azeri-islam
|
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
| |
 | |  |
|
Календарь |
|
 |
Архив записей |
|
 |
Наш опрос |
|
 |
Мини-чат |
|
 |
Статистика |
Bütün onlayn olanlar: 1 Qonaqlar: 1 İstifadeçiler: 0 |
 |
|