ABŞ prezidenti Barak Obamanın aprelin əvvəlində Türkiyəyə edəcəyi səfərin hazırlığına başlanılıb. Barak Obamanın əşyaları Türkiyəyə gətirilib.
Obamanın istifadə edəcəyi əşyalar Birləşmiş Ştatlar Hərbi Qüvvələrinə məxsus C5 hərbi təyyarəsi ilə gətirilib. Təyyarələrdən bəziləri Ankaraya bəziləri də İstanbula enib. Amerikalılar səfərə hazırlıq məqsədi ilə Türkiyəyə nə az nə çox düz 17 yük maşını əşya gətiriblər.
Atatürk Hava Limanına enən hərbi təyyarələrdə 50-ə yaxın amerikalı əsgər də olub. Türkiyə tərəfdən amerikalılara sadəcə olaraq texniki xidmət göstərilib.
Gələn əşyaların hava limanından daşınmasını da ABŞ-dan gətirilən yük maşınları ilə gerçəkləşir. Əşyaların əksəriyyəti təhlükəsizlik xidmətinə məxsus olsa da onların arasında məişət əşyaları da mövcuddur.
Yük maşınları ilə Obamanın İstanbulda qalacağı otelə daşınan əşyalar arasında içməli su da var. Hətta Obamanın səfər müddətində istifadə edəcəyi ayaqyolu da ABŞ-dan gətirilib.